Moskvanın şərqində iki Doberman cinsindən iti olan kişi qonşusunu döyüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qonşu iri itlərinin ağzının olmaması ilə bağlı sahibini danlayıb.
Hadisə dekabrın 21-də Amurskaya küçəsindəki yaşayış kompleksinin ərazisində baş verib. Burada gənc cütlük iki Dobermanla gəzirmiş. Bir anda oğlan qonşusu ilə münaqişə yaşayıb. Belə ki, qonşu qadın cütlüyə itlərinin ağızlığının olmaması barədə irad bildirib. Mübahisə zamanı Dobermanların sahibi qadını söyüb, əri isə yumruqları ilə hücum edərək onu yerə yıxıb.
Ətrafdakılar qadının köməyinə gələrək polis və təcili yardım çağırıblar.
Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi artıq hadisə ilə maraqlanıb. Məlum olub ki, itin sahibi Azərbaycan əsillidir.
Araşdırma aparılır.