Azərbaycanlı gənc iş adamını öldürdü - Rusiyada DƏHŞƏTLİ qətl
09 avqust 2021 11:03 (UTC +04:00)

Azərbaycanlı gənc iş adamını öldürdü - Rusiyada DƏHŞƏTLİ qətl

Rusiyada 30 yaşlı Cəmil Abdullayev qətldə şübhəli bilinərək saxlanılıb.  

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, Rusiyanın Voronej şəhərində törədilən qətldə ittiham olunur.  

Məlumata görə, C.Abdullayev Voronejdə bir iş adamını döyərək öldürüb. Daha sonra onun meyitini palaza bükərək maşınına qoyub. Cəmil dərhal Voroneji tərk edib. Ancaq o, Moskvaya gedərkən yolda saxlanılıb.

Bildirilir ki, Abdullayev həmin iş adamını öldürdükdən sonra qarət edibmiş.

O, mərhumun üzərindən 5 milyon rublu ( təxmini 117 min manat ) götürərək aradan çıxıb. 

Qətldə şübhəli bilinərək saxlanılan Cəmil Abdullayev

 

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35274
avatar

Oxşar yazılar