Azərbaycanda təhlükəli cinayətlərə görə axtarılan 3 qardaş tutuldu - FOTO
25 noyabr 2021 11:21 (UTC +04:00)

Azərbaycanda təhlükəli cinayətlərə görə axtarılan 3 qardaş tutuldu - FOTO

Axtarışda olan Şəmkir sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Şəmkir rayon Şiştəpə kənd sakinləri - Zaur Aslanov, Bəylər Aslanov və Zabil Aslanov qardaşları saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə), 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinərək axtarışa veriliblər.

Polis əməkdaşları həmin qardaşların yerini Bakı şəhərində müəyyən edərək Bakı şəhər Nizami rayon Polis İdarəsinə gətiriblər. İdarədə onların üzərinə baxış keçirilən zaman, narkotik maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Hər üç şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 4527
avatar

Mehman Nəbiyev

Oxşar yazılar