Ata-anasının acığına böyük qardaşını öldürdü - 60 zərbə ilə AMANSIZ QƏTL
20 dekabr 2023 12:44 (UTC +04:00)

Ata-anasının acığına böyük qardaşını öldürdü - 60 zərbə ilə AMANSIZ QƏTL

Xabarovskda Tacikistan sakini böyük qardaşını amansızlıqla öldürüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, cinayətə səbəb valideynlərinin uşaq vaxtı böyük qardaşı daha çox sevməsi olub. Bu da kiçik qardaşın küskünlüyünə gətirib çıxarıb.

Qardaşlar pul qazanmaq üçün Tacikistandan Rusiyaya gedib. Qohumlar Stroitel mikrorayonunda tikintidə işləyiblər və vaqonda yaşayıblar. Bir il əvvəl işdən sonra valideynlərinin kimi daha çox sevdiyinə görə qardaşlar arasında ciddi mübahisə baş verib.

Özünü qəzəbli və qısqanc hiss edən kiçik qardaş çəkic götürərək böyük qardaşa 60 zərbə endirib. Daha sonra bıçaqdan və açıq naqillərdən istifadə edib. Məhkəmədə o, mərhumun intihar etdiyini iddia edərək, öz əməlinə haqq qazandırmağa çalışıb. 

Ancaq bu versiyaya heç kim inanmayıb. Ana övladlarının uşaqlıqdan daim mübahisə etdiyini, lakin sonra barışaraq birlikdə işə getdiyini təsdiqləyib.

Qardaşını öldürən şəxs 12 il 11 ay müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4233
avatar

Oxşar yazılar