Ata 13 yaşlı qızının sevgilisini boğub məzarlıqda basdırdı - BAKIDA ŞOK CİNAYƏT  - YENİLƏNİB
10 sentyabr 2022 12:05 (UTC +04:00)

Ata 13 yaşlı qızının sevgilisini boğub məzarlıqda basdırdı - BAKIDA ŞOK CİNAYƏT - YENİLƏNİB

Sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
 

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
 

İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
  
Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

***

10:08

Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynağa İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkar edilib.

Əldə etdiyimiz məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Qeyd edək ki, H.Şeydabəyovun itkin düşməsi barədə xəbər vermişdik.

Hazırda faktla bağlı araşdırma aparılır.

# 15456
avatar

Mehman Nəbiyev

Oxşar yazılar