Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq yaşayış massivində yaşayan 16 yaşlı Mumcu Vüsal Kərəm oğlu sentyabrın və Sabunçu rayonu Bilgəh qəsəbəsində yaşayan 16 yaşlı Şeydabəyov Hüseynağa İlqar oğlu yaşadıqları evdən çıxaraq, bir daha geri qayıtmayıblar.
Lent.az-ın məlumatına görə, hadisələr barədə onların valideynləri yerli polis orqanlarına müraciət ediblər.
Ağdam rayonu, İmamqulubəyli qəsəbə sakini 23 yaşlı Cəlilov Qiyas Rasif oğlu Tərtər rayonunda itkin düşüb.
Bu barədə onun dayısı H. Həsrətov Tərtər rayon Polis Şöbəsinə müraciətində bildirib.
Hər bir faktla bağlı yerli polis orqanlarında axtarış işləri keçirilir.