Arvadını öldürüb intihar etdi
11 avqust 2025 15:30 (UTC +04:00)

Arvadını öldürüb intihar etdi

Rusiyanın Kurqan vilayətində avtomobildə güllə yaralarının izləri olan kişi və qadın meyiti tapılıb. İstintaqın ilkin versiyasına görə, kişi arvadının həyatına son qoyub, sonra özü də intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, meyitlər Keramzitnı mikrorayonunda avtomobildə tapılıb. Əməliyyat məlumatlarına görə, 37 yaşlı kişi övladının 36 yaşlı anasına atəş açıb. Qadın aldığı güllə yarasından yerindəcə keçinib.

İstintaq orqanları qadının ölümü ilə bağlı cinayət işi açıb. Rusiya Federasiyasının Kurqan vilayəti üzrə İstintaq Komitəsinin əməkdaşları hadisənin təfərrüatlarını müəyyənləşdirirlər.

Qeyd olunur ki, mərhum faktiki münasibətdə olub və vaxtaşırı əlaqəni kəsib. Hadisə baş verən gün qadının uşağı götürmək üçün kişinin yanına gəldiyi iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar