Paytaxtın Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində baş verib.
1949-cu il təvəllüdlü Diləmova Tamara Tanrıverdi qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəxiyyətdə xəstəxanaya çatdırılıb.
Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.