350 min manata “Özsüt” restoranını “aldı” – tələyə düşdü
27 avqust 2026 13:12 (UTC +04:00)

350 min manata “Özsüt” restoranını “aldı” – tələyə düşdü

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı dələduzluq edərək külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Lamiyə Səfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah olunub.

Qısa müşavirədən sonra məhkəmə tərkibi cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Növbəti proses sentyabrın 6-sı saat 11:30-a təyin olunub.

Xatırladaq ki, ittihama görə, Lamiyə Qərani qızı Səfərova 2022-ci ildə “Özsüt” restoranını satmaq adı ilə Elnarə İsmayılovanın etibarından sui-istifadə edərək onu aldadıb.

İstintaq materiallarında qeyd olunur ki, L.Səfərova restoranın satışı adı ilə E.İsmayılovadan 350 min manat pul alıb.

Zərərçəkən Elnarə İsmayılova bildirib ki, restoranı almaq üçün Masazırda anasına məxsus evi satıb və əldə olunan pulu Lamiyə Səfərovaya verib.

Onun sözlərinə görə, hadisədən dörd il keçməsinə baxmayaraq, 350 min manatını hələ də geri ala bilməyib.

Faktla bağlı cinayət işi başlanıb.

Lamiyə Səfərovaya Cinayət Məcəlləsinin 178.3.2-ci – dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə – maddəsi ilə ittiham irəli sürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar