16 yaşlı sevgilisini silahla qorxudub aylarla zorladı  - VİDEO
05 sentyabr 2023 14:42 (UTC +04:00)

16 yaşlı sevgilisini silahla qorxudub aylarla zorladı - VİDEO

Türkiyədə yeniyetmə qızı zorlayan saxlanılıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, Bursa şəhərində 16 yaşlı qız 2 ay yarım evdə bağlı saxlanılaraq cinsi istismara məruz qalıb.

İddialara görə, 16 yaşlı S.G. anası həbs olunduqdan sonra Bursada tək yaşayırmış. O, narkotik maddə aldığı sevgilisi 33 yaşlı Həmzə tərəfindən dəfələrlə döyülüb. Həmzə 2 ay yarım əvvəl qızı qaçıraraq ailəsi ilə birgə yaşadığı evə gətirib. Bu müddət ərzində S.G.-nı dəfələrlə cinsi istismar edərək, işgəncələr verib. S.G.-nın anası həbsxanadan çıxdıqdan sonra qızının yerini öyrənərək, polisə şikayət edib.

Şikayətdən sonra Həmzə saxlanılıb və S.G. xilas edilib. Məlum olub ki, Həmzə qızı silahla hədələyərək cinsi istismar edib və videolarını çəkib. Çəkdiyi materialları isə sosial şəbəkələrdə paylaşıb.

Həmzə və aləsi haqqında cinayət işi açılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4680
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar