Yükdaşımada tariflər dəyişdi - STATİSTİKA
07 avqust 2013 13:11 (UTC +04:00)

Yükdaşımada tariflər dəyişdi - STATİSTİKA

Dövlət Statistika Komitəsi bu ilin iyul ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında məlumat yayıb.  Lent.az-ın məlumatına görə, iyul ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda yükdaşıma tarifləri 3,6 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 1,5 faiz bahalaşıb.
Beynəlxalq əlaqə üzrə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 1,2 faiz artıb.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 3,3 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11,0 faiz, digər xarici ölkələrə isə 5,4 faiz bahalaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 8,4 faiz artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar