Hikmət Çətin ADİU-da tələbələrlə görüşüb
30 aprel 2015 17:51 (UTC +04:00)

Hikmət Çətin ADİU-da tələbələrlə görüşüb

Türkiyənin sabiq xarici işlər naziri ADİU-da tələbələrlə görüşüb. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, aprelin 30-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Azərbaycan Dövlət İqtisad Universitetində SABAH Qruplarının tələbələri ilə görüşüb. Hikmət Çətin Heydər Əliyevin fəaliyyəti barədə təəsüratlarını bölüşüb. Məruzəçi Heydər Əliyevin Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsindəki xidmətlərindən danışıb. Ölkəmizin bugünki inkişafını yüksək qiymətləndirən qonaq Azərbaycanın regionun ən güclü iqtisadiyyatına malik olduğunu qeyd edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb .

Qeyd edək ki, 1991-1994-cü illərdən Türkiyə xarici işlər naziri, 1997-1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri kimi çalışan Hikmət Çətin tanınmış diplomatlardandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Oxşar yazılar