Sürücülərə şad xəbər: <span style="color:red;">Sabah bu yol açılır
16 may 2015 12:51 (UTC +04:00)

Sürücülərə şad xəbər: Sabah bu yol açılır

Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prospektin bu hissəsi sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq açılacaq. Əvvəllər prospektin bu hissəsində səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi olmayıb.

Bunu nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sözügedən ərazidə yağış-kanalizasiya sisteminin qurulması və asfalt-beton örtüyünün yenilənməsi üçün təmir-tikinti işlərinə başlamışdı.

 

Görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda komunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə yol boyu 3 min poqon-metr səki daşı düzülüb.

 

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Təmir işləri tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və işlərin vaxtında yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər olunub.

 

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Oxşar yazılar