Sahibkarlığa Kömək Milli Fondu yoxlandı
02 may 2013 17:19 (UTC +04:00)

Sahibkarlığa Kömək Milli Fondu yoxlandı

“PraysvoterhausKupers” beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

 

“PraysvoterhausKupers” beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2012-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802
avatar

Oxşar yazılar