Sabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib. Lent.az modern.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Dövlət İqtisad Universitet kafedra müdiri vəzifəsinə təyin edilib.
Ə.Ələkbərov bildirib ki, Təhsil Nazirliyi və universitet rəhbərliyi tərəfindən bu işə dəvət olunub: “3 kafedra- maliyyə, vergi və vergiqoyma, bank işi kafedraları birləşdirilərək, Maliyyə və maliyyə institutları kafedrası yaradılıb. Mən də bu təklifi qəbul etdim. Kafedrada 11 elmlər doktoru və 33 elmlər namizədi fəaliyyət göstərir. 60-dan çox əməkdaşımız var. Nümunəvi bir kafedra yaratmaq, tanınmış universitetlərlə, eyni adlı kafedralarla əməkdaşlıq etmək, universitetimizin imicini artırmaq, bakalavr və magistrlərə müasir səviyyədə təhsilin keyfiyyətini artırmaq, professor-müəllim heyətinin səviyyəsini yüksəltmək, universitetin ictimai-siyasi həyatında aktiv iştirak etmək istəyirik”.