Rövnəq Abdullayev: “Əlavə qaz dəhlizlərinə ehtiyac yaranacaq”
28 iyun 2013 11:59 (UTC +04:00)

Rövnəq Abdullayev: “Əlavə qaz dəhlizlərinə ehtiyac yaranacaq”

Azərbaycan TAP (Trans Adriatic Pipeline) kəmərinin marşrutunu seçməklə özünün Avropanın enerji təchizatçısına çevrilməsi üçün mühüm addımlardan birini atıb.


APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bəyan edib.

 

R.Abdullayevin sözlərinə görə, Azərbaycanda hasil olunan təbii qazın Avropaya çatdırılması ideyası yalnız «Şahdəniz» layihəsi ilə məhdudlaşmayacaq: «Azərbaycanın təsdiq olunmuş 2 trln. kubmetr həcmində qaz ehtiyatları var. Azərbaycanın seçdiyi TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq».

 

ARDNŞ prezidenti vurğulayıb ki, Azərbaycan gələcəkdə Avropanın digər enerji layihələrində də iştirak edəcək: «Xəzərin qaz potensialı genişdir və 2020-ci ilədək əlavə qaz dəhlizlərinə ehtiyac yaranacaq».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Oxşar yazılar