Blokçeyn, kriptovalyuta, bitkoin, mayninq, ICO haqqında xəbərlər mətbuatın ən çox sevdiyi mövzulardan biridir. Bu xəbərlər artıq adiləşib. Amma insanların əksəriyyəti üçün bu terminlər aydın deyil. Bu texnologiyaların yeni və onlar haqqında insanların məlumatsız olmasına görə onların gələcəyi haqqında proqnozlar bir-birindən ciddi şəkildə fərqlənir. Kiminsə fikrinə görə blokçeyn texnologiyaları yaxın zamanda unudulacaq, digərləri isə onları investisiya üçün əlverişli alət kimi görür.
Blokçeyn və kriptovalyuta nədir və onlara investisiya etmək lazımdırmı? Bu suallara cavabı "AzFinance" İnvestisiya Şirkətinin ofisində keçiriləcək seminarda tapmaq olar. Rəqəmsal valyutaya həsr olunan ödənişsiz seminar 10 mart tarixində keçiriləcək. Seminar iştirakçıları blokçeyn sisteminin necə işlədiyini, necə mənfəət gətirdiyini və özündə hansı riskləri daşıdığını öyrənəcəklər. Bundan əlavə, seminarda rəqəmsal pulun alınması və saxlanılması haqqında da məlumat veriləcək. "AzFinance" şirkətinin ekspertləri həmçinin kriptovalyuta buraxılışı tarixində ən irimiqyaslı layihə olan TON-u (Telegram Open Network) ətraflı təhlil edəcəklər.
"VKontakte" sosial şəbəkəsinin yaradıcısı olan Pavel Durov tərəfindən hazırlanmış Telegram messenceri rəqiblərindən rahatlığı, sürəti, təhlükəsizliyi və faydalı botları ilə fərqlənir. Bu və digər xüsusiyyətləri onu ən yaxşı və ən sürətlə genişlənən messencerlərdən biri edir. Messencer 170 milyon insandan çox kütləni əhatə edir və istifadəçilərinin sayını gündə orta hesabla 500 min artırır.
Telegram TON blokçeyn platforması və Gram kriptovalyutasını yaratmaq niyyətindədir. Şirkətdə hesab edirlər ki, TON dünyanın ən geniş yayılan kriptokisəsi olacaq. 2022-ci ilə qədər 1 milyard nəfəri əhatə edəcəyi proqnozlaşdırılan Telegramın kriptovalyutası yayılma səviyyəsinə görə dollarla müqayisə edilə biləcək. Pavel Durov artıq 850 milyon dollar həcmində investisiyanın cəlb olunduğunu bəyan edib. Financial Times qəzetinin məlumatına görə Silikon Vadisinin ən iri fondları TON-un ICO-suna sərmayə yatırmağa hazırlaşır.
TON-a həsr olunan seminarda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün lazımi məlumatları (soyad, ad, ata adı, mobil nömrə) şirkətin Facebook səhifəsinə (https://www.facebook.com/AzFinanceInvest/), [email protected] ünvanına və ya (012) 310 33 11 telefon nömrəsi vasitəsilə göndərmək olar. Seminar 10 mart tarixində 11:00-dan 13:00-dək keçiriləcək.
“AzFinance İnvestisiya Şirkətinin” ofisi N.Nərimanov, 206 ünvanında yerləşir.