Prezident Böyük Britaniyalı deputatı qəbul edib
20 noyabr 2013 14:44 (UTC +04:00)

Prezident Böyük Britaniyalı deputatı qəbul edib

Prezident İlham Əliyev noyabrın 20-də Böyük Britaniya parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendrini qəbul edib.


 

APA-nın məlumatına görə, Ç. Hendri yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə dövlət başçısını təbrik edib, Böyük Britaniyanın baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını ona çatdırıb.

 

Prezident İ. Əliyev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Böyük Britaniya ilə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində sıx əlaqələr yaradıldığını və əməkdaşlığımızın uğurla davam etdirildiyini bildirib.

 

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin perspektivləri, birgə layihələrin işlənilməsi, regional əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496
avatar

Oxşar yazılar