OPEC: “Neft hasilatı üzrə kvota artırılmayıb”
05 dekabr 2015 01:33 (UTC +04:00)

OPEC: “Neft hasilatı üzrə kvota artırılmayıb”

OPEC neft hasilatının səviyyəsini indiki faktiki səviyyədə saxlamağı qərara alıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Abdulla Əl-Bədri bəyan edib.

 

Onun sözlərinə görə, yeni kvotalar səviyyəsinə dair məsələyə 2016-cı ilin iyununda Vyanada keçiriləcək növbəti iclasda baxılacaq: “Biz indi hər hansı rəqəmin üzərində dayana bilmərik. Biz bilmirik, İran nə vaxt bazara daxil olacaq. OPEC daxilində  hasilat vaxtaşırı dəyişir. Odur ki, qərarın qəbul edilməsini növbəti iclasadək təxirə saldıq”.

 

2011-ci ilin dekabr ayından bəri OPEC-in neft hasilatı kvotası sutkada 30 milyon barrel təşkil etsə də, son 1,5 ildə kartelin real hasilatı bu göstəricidən artıq olub.

 

Qeyd edək ki, bundan əvvəl Bloomberg agentliyi öz mənbələrinə əsasən iclasda sutkalıq neft hasilatının 1,5 milyon barel artırılması barədə qərar qəbul edildiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar