Medvedev “Bakı-2015”in qaliblərini mükafatlandırdı
06 iyul 2015 18:26 (UTC +04:00)

Medvedev “Bakı-2015”in qaliblərini mükafatlandırdı

 

 

“Bu, mahiyyət kəsb edən sınaqdır”.

 

Bakıda keçirilən birinci Avropa Oyunlarının mükafatçıları 112 min rubl (2 min dollara yaxın – red.) qızıl medal üçün, 56 min (min dollara yaxın – red.) gümüş medal üçün və 33,6 min (600 dollara yaxın) bürünc medal üçün alacaqlar.

 

RİA Novost xəbər verir ki, bu barədə bazar ertəsi Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib. (oxu.az)

 

“Mən birinci Avropa Oyunlarının mükafatçılarına, məşqçilərə, mütəxəssislərə pul mükafatı verilməsinə dair hökumət sərəncamı imzalamışam. Məlum səbəblərə görə, burada gənc atletlər, perspektivli atletlər sınaqdan keçirilir. Bu Olimpiya oyunları, dünya çempionatı deyil, yenə də bu mahiyyət kəsb edən sınaqdır”, - Medvedev deyib.

 

Xatırladaq ki, iyunun 12-dən 28-nə kimi Bakıda keçirilən Avropa Oyunlarında Rusiya yığması ümumilikdə 164 – 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar