Komitə sədri fermerlərin çətinliklərindən danışdı
15 noyabr 2013 17:23 (UTC +04:00)

Komitə sədri fermerlərin çətinliklərindən danışdı

“Aqrar bölmə ölkə əhalisinin ərzaqla etibarlı təminatının əsas bazası olduğundan bu sahəyə dövlət büdcəsindən investisiya qoyuluşu artırılmalı və əsasən emal, kənd təsərrüfatı, maşınqayırma və qarışıq yem istehsalı sənayesi sahələrinin inkişafına yönəldilməlidir”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib. Onun sözlərinə görə,  bu problemi qismən aradan qaldırmaq üçün gələn ilin büdcəsində respublikamızda aqrotexnoparkların tikintisi nəzərdə tutulmalıdır: “Dövlət büdcəsi hesabına emal müəssisələrinin tikilməsinə, xüsusilə meyvəçilik və tərəvəzçilik bölgələrində belə müəssisələrin sayının artırılmasına böyük ehtiyac var”. 

Komitə sədri onu da bildirib ki, bu məhsulların istehsalında çox böyük potensial olmasına baxmayaraq emal müəssisələrinin az olması ucbatından fermerlər istehsal etdikləri məhsulu emal müəssisələrinə satmaqda böyük çətinliklə üzləşir və məhsullarını çox aşağı qiymətə satmağa məcbur olurlar: “Digər tərəfdən bu vəziyyət hər il xeyli məhsul itkisinə də səbəb olmaqla ərzaq təhlükəsizliyi riskini artırır. Respublikamızda emal müəssisələrinin sayının artması bu məhsul itkisinin qarşısını almaqla yanaşı fermerlərə meyvə-tərəvəz məhsulları ilə xarici bazarlara çıxmaq imkanı verəcək. Biz bu geniş və sərfəli imkandan tezliklə faydalanmaqla hörmətli prezidentimizin formalaşdırdığı müasir aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirib aqrar bölmənin gələcək dinamik inkişafını təmin etmiş olarıq”. 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar