Kolbasa istehsalı sahələrində yoxlama başlandı
06 fevral 2013 16:25 (UTC +04:00)

Kolbasa istehsalı sahələrində yoxlama başlandı

“Zirvə” adlı “Servelat”, “Oxotniçiy” və “Krakovskaya” kolbasalarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi müəyyənləşdirilib

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Zirvə” adlı “Servelat”, “Oxotniçiy” və “Krakovskaya” kolbasalarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi müəyyənləşdirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, istehsal olunan kolbasaların resepturalarında onların istehsalında sarımsaq, muskat və qara istiot istifadə edildiyi göstərilsə də, məhsulların etiketində onun tərkibində bu məhsulların olduğunun göstərilmədiyi də aşkarlanıb.

 

Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Ruslan Şərifov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

# 1111
avatar

Oxşar yazılar