İlin 5 ayında ÜDM istehsalı artıb
12 iyun 2013 13:12 (UTC +04:00)

İlin 5 ayında ÜDM istehsalı artıb

Dövlət Statistika Komitəsi bu ilin beş ayında ölkədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı barədə məlumat yayıb. Lent.az-ın məlumatına görə, 2013-cü ilin yanvar-may aylarında ölkədə 22.1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ÜDM istehsal edilib. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3044,4 ABŞ dolları təşkil edib və 3,1 faiz artıb.

 

ÜDM-in 62,7 faizi istehsal sahələrində, o cümlədən 50,2 faizi sənayedə, 9,7 faizi tikintidə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 30,9 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.
 

Cari ilin beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 38,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,2 faiz, sosial və digər xidmət sahələrində 2,9 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757

Oxşar yazılar