İkimərtəbəli elektrik qatarı iyunun 2-də gətiriləcək
21 may 2015 14:41 (UTC +04:00)

İkimərtəbəli elektrik qatarı iyunun 2-də gətiriləcək

 

MDB və Baltikyanı ölkələrin Dəmr Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclasında iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda olub.


 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir ƏzməmmədovAPA-ya bildirib ki, “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler zavodun fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

“Stadler Minsk” zavodu MDB məkanında mövcud olan geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. İllik istehsal gücü 120 vaqondur. Artıq zavodda “Aeroekspress” dəmir yolu operatoru üçün 25 ikimərtəbəli qatar istehsal olunub ki, ilk bu tip ekspress qatar bu yaxınlarda Moskvada xəttə buraxılıb. “Stadler Minsk” zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunacaq.  

 

Sonra C. Qurbanov “Stadler Minsk” zavodunda "Azərbaycan Dəmir Yolları" üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib. Mayın 24-də ikimərtəbəli elektrik qatarı yola salınacaq, iyunun 2-də Azərbaycana çatacaq.

 

Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. 13 may 2015-ci ildə Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika  sərgisi çərçivəsində “Stadler Rail Group”  şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin  alınması üzrə saziş imzalanıb. Bu elektrik qatarları ilkin mərhələdə Birinci Avropa Oyunları zamanı Bakı Sərnişin Stansiyası və “Koroğlu” metrostansiyası, Avropa Oyunlarından sonra isə əsaslı təmir edilən Bakı-Xırdalan- Sumqayıt marşrutunda xəttə buraxılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar