Gürcüstanda Polis Günü qeyd edilib
31 may 2015 19:47 (UTC +04:00)

Gürcüstanda Polis Günü qeyd edilib

Bu gün Gürcüstanda Polis Günü qeyd edilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili hökumət üzvləri və diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu yaxınlarda Tiflisdə həlak olan polis Beki Marqişvilinin oğluna müraciət edib: "İnanıram ki, səndən gələcəkdə ləyaqətli polis çıxacaq. Mən sənə ləyaqətli atanın və qəhrəmanın oğlu olduğunu demək istəyirəm”.

 

Daha sonra Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri polis sıralarında fərqlənən polislərə mükafatlar təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar