Gələn il gözlənilən inflyasiyanın həcmi açıqlandı
07 oktyabr 2013 17:10 (UTC +04:00)

Gələn il gözlənilən inflyasiyanın həcmi açıqlandı

Gələn il Azərbaycanda real iqtisadi artım 5,2 faiz olacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, ümumdaxili məhsul (ÜDM) istehsalı bazar qiymətləri ilə 58,6 milyard manat təşkil edəcək.

 

Neft sektoru üzrə ÜDM-in 1,5 faiz azalacağı, qeyri-neft sektorunda isə keçən illə müqayisədə 10 faiz (36 milyard manat) real artım proqnozlaşdırılır. ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 61, 5 faiz həddində proqnozlaşdırılır. Bu da 2012-ci ilin yekununa əsasən 8,8 faiz, 2013-cü ilin proqnozuna nisbətən 3,1 faiz çoxdur. Özəl sektorun ÜDM-də payı 83,2 faiz həddində proqnozlaşdırılır. Bu ilin yanvar-sentyabr aylarında inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz təşkil edib. İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına əsasən, 2013-cü ilin sonuna inflyasiya 3,3 faiz, 2014-cü ildə isə 3,5 faiz həcmində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905
avatar

Oxşar yazılar