Əli Abbasov Afrikalı qonaqlarla görüşüb
16 yanvar 2013 16:57 (UTC +04:00)

Əli Abbasov Afrikalı qonaqlarla görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Afrika üçün Qabaqcıl İnkişaf Fondunun təsisçisi və prezidenti Kumba Ture ilə görüşüb.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, görüşdə Kumba Turenin rəhbərlik etdiyi təşkilat və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əməkdaşlığın gələcək perspektivləri barəsində və təşkilat tərəfindən həyata keçirilməsi nəzərdə tutulan “Afrika gəncləri üçün yardım məqsədilə təhsil proqramı” layihəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

 

Layihənin əsas məqsədlərindən biri Afrikada əlil uşaqların üzləşdiyi problemlərin aradan qaldırılmasında informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək innovasiya mexanizmlərini tətbiq etməkdir Kumba Ture rəhbərlik etdiyi qurumla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında yaranan əməkdaşlıqdan qürur hissi duyduğunu məmnunluqla ifadə edib.

 

# 862
avatar

Oxşar yazılar