Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-iyul aylarında əhalinin gəlirləri haqqında məlumat yayıb. Komitədən Lent.az-a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 18,9 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil edib.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz bəndi üstələyərək 5,8 faiz olub.
Bu dövr ərzində gəlirlərin 68,9 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 17,2 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,2 faiz artıb.