Əfqanlar Azərbaycana sərmayə qoymaq istəyirlər
07 mart 2013 11:34 (UTC +04:00)

Əfqanlar Azərbaycana sərmayə qoymaq istəyirlər

Azərbaycanın ixrac imkanları Əfqanıstan iş adamlarına təqdim olunub

 

Əfqanıstanın mərmər istehsalı, səhiyyə, aviasiya və İTK sahəsində fəaliyyət göstərən iş adamlarından və rəsmi qurumlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 6-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib. Azərbaycanın biznes və investisiya mühitinə, Əfqanıstana ixrac imkanlarına və AZPROMO-nun fəaliyyətinə dair təqdimat keçirilib. Əfqanıstan Ticarət və Sənaye Palatasının baş katibinin birinci müavini Xan Can Alokozai Əfqanıstanın biznes mühiti və investisiya imkanları barədə danışıb. O, Əfqanıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu söyləyib və ölkələrimiz arasında əməkdaşlıq üçün konkret sahələr barədə  təkliflərini səsləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar