DəmirBank-da əhalinin əmanətləri 18,1% artıb
14 iyun 2013 11:55 (UTC +04:00)

DəmirBank-da əhalinin əmanətləri 18,1% artıb

DəmirBank-ın aktivləri 1 iyun 2013-cü il tarixinə 379,5 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6,9 mln. manat çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 8,9 mln. manat və ya 3,2% artaraq 284,3 mln. manatı keçib.

 

Bankda müştəri depozitlərinin həcmi 1 iyun 2013-cü il tarixinə 172,2 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyun 2013-cü il tarixinə 136,6 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 18,1% və ya 21 mln. manat çoxdur.

 

Bankın nizamnamə kapitalı 1 iyun 2013-cü il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56 mln. manat olub.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607
avatar

Oxşar yazılar