Azərbaycanda, xüsusən paytaxt Bakıda çoxmərtəbəli binalara təbii qaz verilməsi məsələsinin həlli istiqamətində işlər sürətlənib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, cari ilin yanvar ayında 13 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilib. Bu çoxmərtəbəli binanın 8-i Bakı şəhəri, 5-i isə Mingəçevir, Abşeron, Göyçay və Lerik rayonlarında yerləşir.