Bir ayda 27.4 milyon manat
08 fevral 2013 15:13 (UTC +04:00)

Bir ayda 27.4 milyon manat

Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlara ayırdığı güzəştli kreditlərin həcmi açıqlandı

 

 

Bu ilin ötən dövrü ərzində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 233 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 27.4 milyon manat güzəştli kredit verilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev söyləyib.

 

Bu kreditlərin reallaşdırılması 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun güzəştli kreditləri hesabına indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 261 milyon manatdan çox vəsait verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678
avatar

Oxşar yazılar