Bank of Baku-ya yeni sədr təyin olunub
30 aprel 2015 14:26 (UTC +04:00)

Bank of Baku-ya yeni sədr təyin olunub

Bank of Baku ASC-nin Müşahidə Şurasının iclasında bankın yeni İdarə Heyətinin sədri vəzifəsinə Abbas İbrahimov təyin edilib. Bankdan Lent.az-a verilən məlumata görə, Abbas İbrahimov may ayının 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, Bank of Baku-nun əvvəlki rəhbəri Fərid Hüseynov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər maliyyə qurumda davam edəcək.

Abbas İbrahimova gəlincə o, 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr dərəcəsini, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə maqistr dərəcəsini alıb. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan Abbas İbrahimov, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlib. 2010-cu ildə isə Bank of Baku-nun İdarə heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar