Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda nələr müzakirə olunacaq?
28 mart 2013 17:45 (UTC +04:00)

Bakıda keçiriləcək Dünya İqtisadi Forumunda nələr müzakirə olunacaq?

Aprelin 7-8-də Bakıda keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) proqramı açıqlanıb.


 

APA-Economics”in WEF-in saytına istinadən xəbərinə görə, “Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi haqqında strateji dialoq” mövzusunda keçiriləcək forum çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar təşkil olunacaq.

 

Sessiyalar “Energetika və təbii ehtiyatlar: imkanlar və çağırışlar, irəliyə addım”, “Sahibkarlıq və insan kapitalı”, “Maliyyə və uzunmüddətli sərmayələr”, “Ticarət və nəqliyyat zənciri”, “Azərbaycanın vizyonu: yeni iqtisadiyyata doğru” mövzularında olacaq.

 

Qeyd edək ki, forumun Bakıda keçirilməsi qərarı Azərbaycan prezidenti İlham Əliyevin WEF-in icraçı sədri Klaus Şvabla bu ilin yanvarında keçirilən görüşündə qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Oxşar yazılar