Bakıda “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışı olub
04 mart 2013 17:18 (UTC +04:00)

Bakıda “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışı olub

Prezident İlham Əliyev martın 4-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,  dövlət başçısı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi ilə tanış olub.


Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə prezident İlham Əliyevə məlumat verdi. Bildirilib ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılıb.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb.
 

Dövlət başçısı müəssisənin ayrı-ayrı sexlərində olub. Bildirilib ki, 2,2 hektar sahədə 6 sex binası inşa olunan, müvafiq kommunikasiya xətləri çəkilmiş, lazımi infrastruktur yaradılıb. Bundan başqa, ərazidə böyük həcmdə sahilbərkitmə işləri görülüb, ümumi uzunluğu 1400 metrə yaxın olan yanalma körpüləri və dalğaqıran inşa edilmişdir. Bu körpülərdə, eyni zamanda, iriölçülü 8 gəminin təmirə dayana biləcəyi bildirilib.

Prezident İlham Əliyev “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzdi, yaradılan şəraitlə yaxından tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242
avatar

Oxşar yazılar