Bakı-Tiflis-Ərzurum qaz kəmərində təhlükəsizlik kameraları quraşdırılacaq
11 avqust 2015 12:48 (UTC +04:00)

Bakı-Tiflis-Ərzurum qaz kəmərində təhlükəsizlik kameraları quraşdırılacaq

0

 

Bu boru xəttində əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir

 

Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttində əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.

 

Bunu “APA-Economics”ə Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin Enerji tranzit daşıyıcıları idarəsinin rəisi Reha Aykul Muradoğlu bildirib.

 

“Bakı-Tiflis-Ərzurum boru xəttində təhlükəsizlik kameraları quraşdırılacaq. Əlavə təhlükəsizlik tədbirləri, təbii ki, həyata keçirilir, amma bununla bağlı detallı şəkildə açıqlama verə bilmərəm”, - deyə R.Aykul bildirib.

 

Bakı-Tiflis-Ərzurum boru xəttində qazın nəqlinin bərpasına gəlincə, nazirlik rəsmisi bildirib ki, hal-hazırda partlayış baş verən hissədə boru xətinin təmir-bərpa işləri davam etdirilir. Onun sözlərinə görə qısa zamanda təmir işləri yekunlaşacaq.

 

Qeyd edək ki, avqustun 4-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz kəmərinin Türkiyə ərazisində yerləşən Sarıkamış Yağbasan kəndindəki hissəsində PKK-nın hücumu nəticəsində partlayış baş verib və nəticədə bölgəyə mavi yanacağın nəqli dayandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar