Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılacaq
24 aprel 2013 12:33 (UTC +04:00)

Azərbaycanda iri taxılçılıq təsərrüfatları yaradılacaq

Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün iri taxılçılıq təsərrüfatları yaradılacaq. APA-nın xəbərinə görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu məqsədlə 200-300 min ha torpaq sahəsi ayrılıb: “Birinci mərhələ olaraq Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 ha torpaq sahəsi ayrılıb. Artıq tender elan olunub. Burada müasir meliorasiya və irriqasiya, aqrotexnika, aqrokimya tətbiq edilməklə hər hektardan 50-55 sentner məhsul almaq nəzərdə tutulur”.

 

Komitə sədri deyib ki, bununla da Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunacaq.

 

Q. Məmmədov həmçinin deyib ki, Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb, Kür-Araz ovalığında şoranlaşma daha çox müşahidə olunur. Burada 2,3 milyon ha torpaq sahəsinin təxminən 30 faizi müxtəlif dərəcədə şoranlaşıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Oxşar yazılar