Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 107.9 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 1.8 faiz çox yük daşınıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Həmçinin, qeyd olunan dövr ərzində 867.6 milyon nəfər və ya 5.8 faiz çox sərnişin daşınıb. Yüklərin 2.4 faizi dəmir yolu nəqliyyatı, 57.1 faizi avtomobil nəqliyyatı, 4.5 faizi dəniz nəqliyyatı, 29.0 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.3 faizi avtomobil, 12.5 faizi metropolitenlə daşınıb.