Qala qəsəbəsində yerüstü keçid qəzalı vəziyyətə düşüb-VİDEO
29 noyabr 2026 19:09 (UTC +04:00)

Qala qəsəbəsində yerüstü keçid qəzalı vəziyyətə düşüb-VİDEO

0

Qala qəsəbəsində “Stansiya Qala” adlanan ərazidəki yerüstü keçid qəzalı vəziyyətə düşüb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Görüntülərdə yerüstü keçidin bəzi hisslərinin çürüyüb, töküldüyü, həyati təhlükə yaratdığı görünür.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirildi ki, görüntülərlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dərhal aidiyyəti üzrə xüsusi tapşırıq verilib.

“Qala–Pirallahı avtomobil yolunun 3,6-cı kilometrliyində yerləşən sözügedən piyada keçidi 2021-ci ildə istifadəyə verilib.

İlk növbədə, piyadaların təhlükəsizliyinin təmin edilməsi, mövcud nasazlığın operativ şəkildə aradan qaldırılması və problemin yaranma səbəblərinin hərtərəfli araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Məsələ Agentlik tərəfindən nəzarətə götürülüb və araşdırmanın nəticələrinə uyğun olaraq zəruri tədbirlər görüləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar