Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi statusu aldı
21 noyabr 2015 21:44 (UTC +04:00)

Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi statusu aldı

Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumunda (GECF) müşahidəçi statusu alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə GECF-in energetika nazirlərinin görüşünün yekunlarına dair qəbul olunan bəyannamədə bildirilir.

 

Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan dövlətlərin energetika nazirləri təşkilatın yeni baş katibini seçiblər. GECF-in əvvəlki rəhbəri iranlı Hüseyn Adeli təkrar təşkilatın baş katibi postuna seçilib.  Hüseyn Adeli GECF-in baş katibi vəzifəsini 2016-cı ilin yanvarın 1-dək icra edəcək.

 

Görüşdə GECF-in növbəti, 18-ci görüşünün 2016-cı ilin noyabrın 17-də keçiriləcəyinə dair qərar qəbul olunub.

 

Qaz İxrac edən Ölkələrin Forumu dünyada təbii qazın ixracı sahəsində lider ölkələri birləşdirir.  Təşkilatın əsası 2001-ci ildə Tehranda qoyulub və rəsmi olaraq 23 dekabr 2008-ci ildə Moskvada təsis edilib. Həmin görüşdə iştirakçı dövlətlərin energetika nazirləri forumun nizamnaməsini qəbul ediblər və hökumətlərarası saziş imzalayıblar.  GECF-in mənzil qərargahı Qətərin paytaxtı Dohada yerləşir.

 

Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

 

Azərbaycanın  Qaz İxrac edən Ölkələr Forumuna qoşulması tranzit və ixrac qaz kəmərlərinin tikilməsi, dayanıqlı qaz hasilatının tənzimlənməsi, Xəzəryanı ölkələrin qaz kəmərlərinin bir-biri ilə əlaqələndirilməsinin öyrənilməsi, Xəzəryanı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində yeni innovasiyaların tətbiqi, bazar şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar