Azərbaycan-Kanada işgüzar görüşü keçirilib
29 may 2013 17:45 (UTC +04:00)

Azərbaycan-Kanada işgüzar görüşü keçirilib

Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO)  Kanadanın Alberta vilayətinin Kənd Təsərrüfatı və Regionların İnkişafı Nazirliyinin Ticarətin İnkişafı və Beynəlxalq Əlaqələr Departamentinin nümayəndəsi Grand Vintonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov görüşdə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.

 

Grand Vinton ölkəsində Azərbaycan iqtisadiyyatına böyük maraq göstərildiyini, Azərbaycan-Kanada iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu söyləyib. Görüşdə Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparılıb, kanadalıları maraqlandıran suallar cavablandırılıb və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib. Sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Oxşar yazılar