Azərbaycan-Çin biznes forumu keçiriləcək
16 aprel 2013 16:15 (UTC +04:00)

Azərbaycan-Çin biznes forumu keçiriləcək

Aprelin 18-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çin biznes forumu keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərlə yanaşı, qida, tikinti, yük avtomobillərinin istehsalı, İKT, infrastruktur, enerji, emal, logistika, turizm, media, daşınmaz əmlak və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

 

İşgüzar görüş çərçivəsində Azərbaycan və Çin iqtisadiyyatına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar