Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) balansında olan torpaq ərazilərində qanunsuz tikililərlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq neft hasilatı üçün yararlı olmayan torpaq sahələrini Bakı şəhər İcra Hakimiyyətinə qaytaracaq.
«APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
Rövnəq Abdüllayevin sözlərinə görə, hazırda bununla bağlı aparılan araşdırmalar yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda araşdırmaların nəticələri ölkə hökumətinə təqdim olunacaq.
ARDNŞ prezidenti vurğulayıb ki, paytaxtın bəzi ərazilərindəki torpaq sahələrinin gələcək istifadəsi ilə bağlı qərarlar artıq bu il veriləcək.