ARDNŞ “Şahdəniz” qazının potensial alıcıları ilə danışıqlara başlayıb
01 fevral 2013 20:06 (UTC +04:00)

ARDNŞ “Şahdəniz” qazının potensial alıcıları ilə danışıqlara başlayıb

 Azərbaycan qazının Avropaya nəqli üçün boru kəmərinin seçimi ilə bağlı işlərə başlanıb.

 

 “APA-Economics”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

 

Xatırladaq ki, hazırda «Şahdəniz» layihəsinin 2-ci mərhələsi çərçivəsində çıxarılacaq Azərbaycan qazının Avropaya nəqli ilə bağlı iki variant - TAP və Nabukko layihələri nəzərdən keçirilir.

 

Qazın nəqli üçün iki kəmərin seçiləcəyi ilə bağlı avropalı ekspertlərin fikirlərinə münasibətini açıqlayan Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazının Avropaya nəqli üçün yalnız bir boru kəməri seçiləcək: «Bu kəmərlərin ikisi də eyn vaxtda işləyə bilməz. Çünki bu layihə çərçivəsində 2018-ci ildə Avropaya 10 milyard kubmetr qazın ixrac edilməsi nəzərdə tutulur”.

 

ARDNŞ rəhbəri artıq boru kəmərinin seçimi ilə bağlı işlərə başlandığını bildirib. Onun sözlərinə görə, artıq fevralın 1-dən ARDNŞ və partnyor şirkətlərin nümayəndələri Avropada potensial qaz alıcıları ilə danışıqlara başlayıblar: “Bizim seçimimizə bazardakı tranzit qaz tarifləri təsir edəcək”.

 

# 566
avatar

Oxşar yazılar