"Yüksək Texnologiyalar Parkı"nın təməli nə vaxt qoyulacaq?
03 avqust 2015 23:03 (UTC +04:00)

"Yüksək Texnologiyalar Parkı"nın təməli nə vaxt qoyulacaq?

0

"Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) inzibati binasının təməlinin qoyulması sentyabrın ortalarında gözlənilir. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

 

Nazirliyin məlumatına əsasən, tikintiyə başlamaq üçün Parkın infrastrukturunun layihələndirilməsi üzrə hazırlıq işləri həyata keçirilib və sahənin baş planı hazırlanıb.

 

MMC-dən bildiriblər ki, hazırda potensial investorlarla bir sıra mümkün istiqamətlər müəyyənləşdirilib. İstiqamətlərdən biri YTP-nin infrastrukturunun inkişafına vəsaitin cəlb edilməsi üçün investorların infrastruktur fondunun yaradılmasında iştirakını təmin etməkdir.

 

Qeyd edək ki, YTP Bakının Pirallahı adasında inşa ediləcək. Bunun üçün 50 hektar torpaq sahəsi ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar