(R) Özəl kredit bürosunun yaradılması üzrə İcra Komitəsinin iclası keçirilib
30 may 2013 09:15 (UTC +04:00)

(R) Özəl kredit bürosunun yaradılması üzrə İcra Komitəsinin iclası keçirilib

Mayın 16-da Azərbaycanda özəl kredit bürosunun yaradılması üzrə İcra Komitəsinin iclası keçirilib. Komitədə qabaqcıl beynəlxalq təcrübələrdən istifadə edərək Azərbaycanda özəl kredit bürosu yarada biləcək beynəlxalq texniki tərəfdaşın/proqram təminatı təchizatçısının seçilməsi məsələləri müzakirə edilib. Tərəfdaşın seçilməsi üçün əsas meyarlar onun təcrübəsi, kredit bürosunun inkişafına investisiya etmək imkanları və maliyyə vəziyyətidir.

 

Kredit bürosunun yaradılması üzrə İcra Komitəsi 10 bankdan ibarətdir: Access Bank, AGBank, ASB Bank, Bank Respublika, DəmirBank, Muğan Bank, Paşa Bank, Turan Bank, Yapı Kredi Azerbaycan, Unibank. Komitənin sədri DəmirBank-ın İdarə Heyəti sədrinin müavini Rauf Axundovdur. Komitə üzvləri özəl kredit məlumatı mübadiləsi üçün qanunvericilik bazası hazır olduğu vaxtdan özəl kredit bürosunun yaradılması barədə protokol imzalayıblar. Kredit Bürosu haqqında Qanun layihəsinin hazırlanması Azərbaycan Respublikası Mərkəzi Bankında yekun mərhələdədir.

 

Kredit Bürosunun yaradılması üzrə İcra Komitəsi Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə 2012-ci ilin iyul ayında yaradılıb. IFC kredit məlumatı mübadiləsinin inkişafı sahəsində tanınmış liderdir və bu günədək həmin sahə üzrə 61 ölkəyə məsləhət xidmətləri göstərmiş və Bosniya, Bolqarıstan, Macarıstan, Kosta Rika, Qvatemala, Honduras, Nikaraqua, Panama, Cənubi Afrika, Pakistan, Misir, Mərakeş və Nigeriya kimi 13 ölkəyə kredit bürolarının yaradılması və inkişaf etdirilməsi üzrə dəstək göstərib. Yuxarıda göstərilən ölkələrin kredit bürolarına sorğuların ümumi sayı 2008-ci ildə 38.9 mln, ümumi kreditləşmə məbləği isə 19 mlr ABŞ dolları təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847
avatar

Oxşar yazılar