(R) Bakıda Renault-un 3 əlamətdar modelinin test-drayvı keçirilib
14 iyun 2013 16:43 (UTC +04:00)

(R) Bakıda Renault-un 3 əlamətdar modelinin test-drayvı keçirilib

Bakıda yenilənmiş Renault Logan, Sanderovə Sandero Stepway modellərinin test-drayvı keçirilib. Avtomobillərin texniki və istismar imkanlarının sınağıAbşeronun şəhər və şəhərətrafı yollarında,eləcə də Xəzər dənizinin sahilində aparılıb. Tədbirdə Azərbaycanın aparıcı avtomobil mediası nümayəndələri iştirak edib, xüsusi hazırlanmış marşrut üzrə Renault modellərinin gediş keyfiyyətlərini təcrübədən keçirmək kimi unikal imkan əldə ediblər.

 

Avtomobillər Bakının sıx və intensiv hərəkətli yollarında hərəkət edib və dayanacağını “Qala” tarixi-etnoqrafik muzey-qoruğunda edib. Burada jurnalistlər açıq havada yerləşən qədim insan məskənı ilə tanış olublar.

Səfərin növbəti nöqtəsi Xəzər dənizinin sahili oldu. Burada iştirakçılar yeni modelləri testdən keçirib, foto və video çəkilişlə yararlanıblar.

 

Test-drayv yeni salınmış Sea Breeze otelində başa çatdı. Renault Azerbaijan-ın nümayəndələri yeni modellərin təqdimatını keçirib və iştirakçılara avtomobillərin imkanları haqda geniş məlumat veriblər. Marşrutun ümumi uzunluğu 120 km yaxın olub. Test-drayvda 4 avtomobil: 2 Logan, 1 Sandero və 1.6 litr benzin mühərrikli, 80 at güclü və beş pilləli mexaniki transmissiyası olan1 Sandero Stepway iştirak edib.

 

“Öz seqmentinde satış üzrə lider olan Renault Logan və Sandero modelləri Azərbaycanın avtomobil bazarında öz inamlı yerini tutublar. Biz əminik ki, bu modellərin yenilənmiş variantı Sandero Stepway kimi daha çox müştərini Renault ailəsinə cəlb edəcək” deyən Renault-un Avrasiyadaki baş drektor müavini Deni Le Vot vurguladı ki, yenilənmiş Logan, Sandero və Sandero Stepway öz sahiblərini yüksək dərəcədə tehlükəsizliklə təmin etməklə komfortluq, rahatlıq və yollarda etimad bəxş edir.

 

 

 

 

Yeni Logan eleqant ailə sedanıdır

Ətraflı üslub və diqqət baxımından, yeni Logan daha yüksək modellər sinfinə aid dizayna malikdir. Yeni logan ondan öncəki modelin klassik görkəmin qoruyaraq daha da eleqantdı. Öndəki radiator barmaqlığı və faralar avtomobilin xarici görkəminə daha da dinamiklik verir. Yeni Logan 5 nəfərlik tam komfort və rahat ailə avtomobili olaraq qalır.

 

Logan-ın  komplektasiyası

Authentique

Expression

Expression Lux

mühərrik,

sürət qutusu

1,2  MT

1,6  MT

1,2 MT

1,6 MT

1,6 MT

mühərrik gücü, a.g.

73

80

73

80

80

qiyməti,manat.

11800

12200

12200

12600

13200

 

Yeni Sandero cəlbedici yığcam heçbekdir

Yeni gənclərə məxsus formatda beşqapılıheçbek bir daha ciddi niyyətini bildirir. Dinamik və olduqca cəlbedici görünüşündə etibarliliq və praktiklik təcəssüm edilir. Yeni Sandero və Sandero Stepway tutumludur və iri yük yeri ilə təchiz edilib. Modellər analoqu olmayan praktikliyi və funksionallığı ilə seçilir. 60/40 nisbətində açılan arxa oturacaqlar yeni Sanderonun bütün versiyalarında əksini tapıb. Bu həmçinin Sandero Stepway-a da şamil edilir. Oturacaqların yığılmış vəziyyətində yük yerinin tutumu 1200 litr təşkil edir.

 

Sandero-nunkomplektasiyası

Authentique

Expression

Expression Lux

mühərrik,

sürət qutusu

1,2  MT

1,6  MT

1,2 MT

1,6 MT

1,2 MT

1,6

MT

mühərrik gücü, a.g.

73

80

73

80

73

80

qiyməti,manat.

11800

12200

12200

12600

12600

13200

 

 

Yeni Sandero Stepway – əlverişli krossoverdir

Yeni Sandero Stepway tək yeni Sandero-nun çeşidi deyil. Bu avtomobil öncədən qeyri-adi və individual model kimi layihələndirilmişdir. Əlbətdəlki, bu avtomobil yeni Sanderonun bütün imkanları ilə təchiz edilib. Lakin,  avtomobilə əlavə çalar qatılıb, bu da avtomobil sevərləri tərəfindən bəyənilən müstəqillikdir. Yeni SanderoStepwayməcaraya tam hazırdır.

Yeni Sandero Stepway-in əminli görkəmi yeni ön hissə və korpusun xüsusi elementləri ilə formalaşır.  Buraya ön və arxa bamper  qoruyucuları yeni iki rəngli bamper və radiator barmaqlığı, dumana qarşı fara, yeni xüsusi 16 düymluq disklər, dam üstündə uzununa olan reylinqlər  və eksklüziv metallik Azurite Blue rəngi daxildir.  Sandero Stepway-in interyerində cəsurluq gözə çarpır.Cəsur dizayndan savayı yeni Sandero Stepway-da ciddi şəkildə interyerin səviyyəsi yaxşilaşdırılıb. Burada ümumi stili, erqonomikanı, detallara diqqəti qeyd etmək olar.

SanderoStepway-in komplektasiyası

SanderoStepway

mühərrik,

sürət qutusu

1,6 MT

mühərrik gücü, a.g.

80

qiyməti,manat.

13800

 

 

Renault Azərbaycan bütün modellərinə 3 il və ya 100.000 km zəmanət verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971
avatar

Oxşar yazılar