Bakıda unikal De Luxe kateqoriyalı yaşayış kompleksi layihəsi - Altes Plazanın açılış mərasimi keçirilib. Təntənəli gecə Altes Plaza-nın 20-ci mərtəbəsində baş tutub. Qonaqları Altes Group şirkətinin rəhbər işçiləri qarşılayıblar. Yaşayış kompleksinə həsr olunmuş xüsusi videoçarxın nümayişindən sonra tədbirin ulduz qonaqları –Azərbaycanın əməkdar artisti Aybəniz Həşimova və populyar aktyor Cabir İmanov mərasim iştirakçılarını salamlayaraq, lahiyəyə xoş arzular diləyiblər. Mərasimdə, həmçinin, məşhur italyan dizayneri Burlon Valterino və tanınmış memar Devid Fişer iştirak ediblər.
Altes Plaza kompleksindəki mənzil sahiblərinə açar və sertifikatların təqdim edilməsi tədbirin kulminasiya nöqtəsinə çevrilib. Təntənəli mərasim xeyriyyə hərracı ilə başa çatıb. Hərraca lot qismində yaşayış kompleksinin VİP-qarajı qoyulub. Yığılmış vəsait tam şəkildə Uşaq Evinə köçürüləcək.
Rəsmi hissə bitdikdən sonra, furşet zamanı qonaqlar Altes Plaza yaşayış kompleksinin beş əsas üstünlükləri haqda fikir və mülahizələri ilə bölüşə biliblər:
- Gözəllik. Məhz bu xüsusiyyət insanda əhval-ruhiyyə, ali hisslər oyadır. Fasadların elitar üzlənməsi, şəhərə gözəl bir mənzərə açan panorama vitrajları, fasadın möhtəşəm işıqlandırılması və binanın düzgün seçilmiş yeri - Bakı şəhərinin bir çox yerlərindən görünən gözəlliyi yaradır.
- Unikallıq. Öz xarici cizgiləri ilə bu tikili nəhəng bir briqantina gəmisinin gözəl yelkənlərini xatırladır. Altes Plaza-nın təkrarsız arxitekturası, bu kompleksi şəhərimizin digər evləri arasından fərqləndirir və həqiqətən də paytaxtın simvollarından birinə çevirir.
- Komfort. Altes Plaza - 5-ulduzlu otellərin ən yaxşı nümunələrinə əsaslanaraq, 4-kanallı kondisionerləşdirmə və istilik sistemini, həmçinin filtrə edilmiş təmiz havanın daxil olmasını və komfortlu yaşam üçün digər rahatlıqları təmin edən “intellektual evdir”.
- Keyfiyyət. Altes Plaza - keyfiyyətinə, bu sahədə dünya lideri olan ixtisaslaşdırılmış beynəlxalq SGS şirkəti tərəfindən zəmanət verilmiş elitar yaşayış kompleksidir. Altes Plaza-nın tikintisində ən qabaqcıl texnologoyalardan, keyfiyyətli tikinti materiallarından istifadə edilib, ən yeni mühəndis fikirləri tətbiq edilib.
- Prestij. Altes Plaza-da mülkiyyət sahibi olmaq onun sahibinin statusunun göstəricisidir. Altes Plaza-da olan mənzillər nəinki yalnız elitar daşınmaz əmlakdır, bu - xüsusi həyat tərzinin nişanəsidir. Altes Plaza yaşayış kompleksində müştərilərə De Luxe kateqoriyalı elit mənzillərdən başqa, eksklüziv mənzillər və həmçinin ayrıca lifti olan 3-mərtəbəli penthaus da təklif edilir.
Altes Plaza-nın sakinlərinin və onların qonaqlarının ixtiyarında kompleksin yüksək ixtisaslı işçi heyətinin bütün gün ərzində göstərdiyi xidmətlər, restoran, idman zalı, həmçinin, yeraltı və qonaqlar üçün parkinq vardır. Yaxın zamanlarda kompleksdə, həmçinin, camaşırxana, kimyəvi təmizləmə və avtomobilləri yuma məntəqəsi də fəaliyyət göstərəcək.
Ünvan: İ.Qutqaşınlı küçəsi, 507-511. Satiş bölməsinin “qaynar xətti”(+994 12) 447 77 33.
E-mail: [email protected]