(R) AccessBank əmanətlər üzrə faiz dərəcələrini artırdı
13 mart 2013 12:09 (UTC +04:00)

(R) AccessBank əmanətlər üzrə faiz dərəcələrini artırdı

Bu gün AccessBank yeni bahar kampaniyasını elan etdi. Bu kampaniya çərçivəsində fiziki şəxslər üçün əmanətlər üzrə faiz dərəcələri 2% artırılır! Kampaniya müddətində manat əmanətləri üzrə maksimal illik faiz dərəcəsi 12%, ABŞ dolları ilə yatırılan əmanətlərə isə 10% təşkil edəcək.

 

AccessBank-ın Pərakəndə Bankçılıq və Əməliyyat Departamentinin direktoru Anar Həsənov, bu kampaniyanı şərh edərək dedi: «AccessBank fəaliyyətə başladığı ilk gündən etibarən istehlakçıların tələbatlarını maksimal səviyyədə nəzərə almağa çalışıb, həmçinin müştərilərin biznes inkişafını və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün daha əlverişli şərait yaratmağa cəhd edib. Cəmi 10 illik fəaliyyəti müddətində AccessBank öz müştəriləri üçün etibarlı, əlverişli və sabit tərəfdaş olmağa müvəffəq olub, və yerli bazardakı mövqeyini möhkəmləndirərək ölkənin ən yaxşı 10 Bankı sırasına daxil olub».

 

AccessBank Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzvüdür (http://www.adif.az ) və Banka yatırılan bütün əmanətlər avtomatik olaraq Fondun şərtlərinə uyğun olaraq sığortalanır. Qeyd edək ki, Fond tərəfindən sığortalanan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi 12% təşkil edir. Hall-hazırda əmanət portfeli ötən illə müqayisədə 18 milyon ABŞ dolları məbləğində artaraq 225 milyon ABŞ dollarını ötüb. Bu artım rahat və əlverişli depozit məhsullarının mövcudluğu ilə şərtlənir (AccessBank-a qoyulan əmanətlərin minimal məbləği 50 manat, ABŞ dolları və ya Avro təşkil edir).

 

Kampaniyanın şərtləri ilə ətraflı şəkildə siz www.accessbank.az saytında, bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində, eləcə də “AccessBank” QSC-nin filiallarında tanış ola bilərsiniz. Kampaniya 5 aprel 2013-cü il tarixinə qədər davam edəcək

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000
avatar

Oxşar yazılar