Yeni dizel mühərrik Avropada “Nissan Juke” modelinin “Juke Nismo”dan başqa bütün seriyalarına şamil ediləcək.
“Nissan”ın Avropa bölməsi “Nissan Juke” üçün nəzərdə tutulmuş müvafiq köhnə mühərrikin əvəzləyisici olan 15.D Ci dizel mühərriki haqqında danışdı.Onun gücü əvvəlki mühərrikdə olduğu kimi 110 at gücü olaraq qalır, maksimal güc yığma da dizel mühərrikli Juke modelində dəyişmədən qalıb ( 11.2 dəqiqə,175 km/s). Sürücü mühərrik nəsilləri arasında fərqi hiss etməlidir: 20 Nyuton*metrə yaxın maksimal fırlanma anı artaraq 260 Nyuton*metrə çatımışdır ki, bunun da 80 %-i dəqiqədə 1500 fırlanmaya imkan yaradır. Bu orta sürət ilə yaxşı güclənmə imkanı yaradır. Mühərrikin səsi də azalmışdır, ən əsası isə onun səmərəliyi hiss ediləcək dərəcədə artıb.
“Nissan Juke” modelinin sərfiyyat qənaəti 4.2 l/100 km qədər yüksəlib, belə ki əvvəllər bu 4.8l/100 km idi ki, bu da 12.5% qənaət deməkdir. O, yanacağı yaxşı paylayan yeni ezoelektrik forsunkalarla və dəyişilmiş həndəsi borularla aşağı ətalətli turbokompresserlərlə təciz edilib. Çıxarışlı hava yoluna yenidən baxılmışdır, aşağı təzyiqli zəhərli qazların yenidən dövriyyəsini sərinləşdirici ilə təmin edən bağlı sistem yaradılmışdır. Burada istehsalçılar tərəfindən dəyişilən yağ nasosu da yenidir. O, termostatla idarə edilir və avtomatik olaraq yağlamada və yanacağın qatılığında yanacağın mühərrikin təlabtına uyğunlaşdırılır. Bundan əlavə olaraq bura itələyici klapanların almazabənzər karbon səthi yerləşdirilib ( Bu Formula-1 dən gəlmə texnologiyadır, belə itələyicilərlə Renault CLİ R.S.200 Turbo-da qarşılaşmaq olar).
DYM-in dəyişilməsi ilə yanaşı olaraq dizelli Juke modelində transsmissiyanın ötürece sayı dayenidən hazırlanmışdır. İlk 2 ötürücü daha çəkici olmuşdur, 3cü ötürücüdən 6-cı ötürücüyə kimi isə yeni mühərrikin daha böyük fırlanma anınanın hesabına bir az uzadılmışdır. Bunanla da yüksək sürətdə fırlanmanın azaldılmasına nail olunmişdir ki, bu da öz növbəsində yanacağın qənaətinə imkan yaradır. Nəhayət ki, yenilənmiş dizelli Juke modelinə standart təchizat kimi start/stop sistemni quraşdırıldı.